Millimizin futbolçusu Almaniyanın məşhur komandasına qarşı oynadı

12:50 12 Yanvar 2019

Azərbaycan millisinin üzvü Rüfət Dadaşovun forma geyindiyi Almaniyanın III Bundesliqa təmsilçisi "Proyssen” yoxlama oyunu keçirib.

 

Sportarena.az xəbər verir ki, Münster təmsilçisi əsas Bundesliqa klubu "Bayer"lə qarşılaşıb. 

 

Matç Lezerkuzen klubunun 4:2 hesablı qələbəsi ilə başa çatıb. Start heyətdə meydana çıxan Dadaşov 60-cı dəqiqədə əvəzlənib.


Digər xəbərlər

Xəbər xətti