"Mən "Qarabağ"ı bilərəkdən seçmişəm" - AÇIQLAMA

16:05 12 Yanvar 2019

“Bizi qısamüddətli hazırlıq dövrü gözləyir, vaxtımız azdı”.

 

Sportarena.az xəbər verir ki, bu sözləri “Botoşani”nin baş məşqçisi Liviu Çobotariu deyib.

 
Yanvarın 10-dan Antalyada təlim-məşq toplanışı keçən komandanın rəqibləri arasında Azərbaycan çempionu “Qarabağ” və Bolqarıstanda ötən mövsümün qızıl medalçısı “Ludoqorets” də var.

 

Rumıniyalı mütəxəssis sınaq matçları üçün güclü klublar seçməsinin səbəbini açıqlayıb: “5 yoxlama oyunu keçirəcəyik. Bu, bizim üçün birləşmə dövrü olacaq.Ağır oyunlar üçün bilərəkdən güclü rəqiblər seçmişəm. Çünki daha yaxşı dönüş etmək istəyirik”.

 

Bildirək ki,“Qarabağ” Antalyada ilk yoxlama oyununu bu gün məhz “Botoşani”yə qarşı keçirəcək.


Digər xəbərlər

Xəbər xətti