"Barselona" hücumçusunu satdı

17:30 12 Yanvar 2019

İspaniyanın “Sevilya” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportarena.az xəbər verir ki, La Liqa təmsilçisi “Barselona”nın futbolçusunu Munir El Haddadini transfer edib.Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Məlumatda bildirilir ki, futbolçunun özü ilə, həmçinin “Barselona”yla bütün məsələlərdə razılıq əldə edilib. Onun tezliklə tibbi baxışdan keçməsi və rəsmi müqaviləyə imza atması gözlənilir.

 

Son mövsümlərdə “Valensiya” (2016/17) və “Alaves” (2017/18) klublarında icarədə oynamış 23 yaşlı hücumçu bu mövsümün əvvəlində Kataloniya təmsilçisinin düşərgəsinə qayıtmışdı. O, bu mövsüm “Barselona” ilə müxtəlif turnirlər çərçivəsində 11 oyuna çıxıb, 2 qol vurub.


Digər xəbərlər

Xəbər xətti