"Neftçi" hazırlığın ilk mərhələsini başa vurdu

10:35 13 Yanvar 2019

"Neftçi” qış təlim-məşq toplanışının ilk mərhələsini başa vurub.

 

Sportarena.az xəbər verir ki, bunadək gündə iki dəfə məşqə çıxan komanda dünən "Türk Hava Yolları Futbol Mərkəzi”ndə ikitərəfli oyun keçirib. "Ağ-qaralar” bu gün təlim-məşq toplanışı keçmək üçün Türkiyəyə yola düşür.

 

Qeyd edək ki, yanvarın 27-dək Antalya şəhərindəki Manavqat bölgəsində yerləşən "The Sense De Luxe” otelində məskunlaşacaq komanda hazırlıq çərçivəsində 3 yoxlama oyunu keçirəcək. "Neftçi” ayın 18-də "Qaz Metan” (Rumıniya), 23-də "Slovan” (Liberes, Çexiya), 26-da isə "Beroe” (Bolqarıstan) klubları ilə qarşılaşacaq.


Xəbər xətti