Müşviq İsayevin xatirə turnirinə yunan-Roma güləşçiləri yekun vurdu - FOTOLAR

15:00 13 Yanvar 2019

Bakı İdman Sarayında 20 yanvar şəhidi Müşviq İsayevin xatirəsinə həsr olunmuş sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmələr arasında sayca 22-ci açıq Respublika turnirinə yekun vurulub.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan pəhləvanları ilə yanaşı, Gürcüstan, Rusiya, Qazaxıstan və Özbəkistandan olan güləşçilərinin iştirak etdiyi yarışın son günündə 45, 48, 51, 55, 60 və 65 kq-da yunan-Roma güləşi üzrə 79 pəhləvan mübarizə aparıb. İlk üç yeri tutanlara medal, diplom və mükafatlar təqdim olunub. 
 

Qeyd edək ki, komanda hesabında Azərbaycan 1-ci, Gürcüstan 2-ci, Özbəkistan isə 3-cü yeri tutub.

 

45 kq
1. Tornike Şaynidze (Gürcüstan)
2. Təvəkkül Həziyev
3. Tural Mehtiyev
3. Fərid Sadıqov

48 kq
1. Əli Həsənov
2. Məlik Əliyev
3. Cavidan Məmmədli
3. Niyazalı Qəhrəmanov

51 kq
1. Elmir Əliyev
2. Nihad Quluzadə
3. Qurban Qurbanov 
3. Fərid Xəlilov

55 kq
1. Nihad Məmmədli
2. Hüseyn Qəribov 
3. Elvin Gözəlov
3. Qadir Kərimov, Dmitri Xaçidze (Gürcüstan)

60 kq
1. Nika Broladze (Gürcüstan)
2. Təbriz İsmayılzadə
3. Etibar Rzayev
3. Əli Alıyev

65 kq
1. Xasay Həsənli
2. Müşviq Ocayev
3. Rəşad Ramazanov
3. Ürfan Həsənli



Digər xəbərlər

Xəbər xətti