Roman Qriqorçuk Almeydanın “Qarabağ”a dönüşünə münasibət bildirdi

03:20 14 Yanvar 2019

Qazaxıstanın "Astana” klubunun baş məşqçisi Roman Qriqorçuk Azərbaycan millisinin futbolçusu Riçard Almeydanın "Qarabağ”a dönüşünə münasibət bildirib.

 

Sportarena.az "Report”a istinadən xəbər verir ki, məşqçi 30 yaşlı braziliyalı yarımmüdafiəçinin paytaxt klubunu tərk etməsinə heyfsilənir:

 

"Almeyda ilə daha çox işləyə bilmədiyim üçün təəssüflənirəm. O, hörmətlə yanaşdığım çox yaxşı futbolçudu. Bundan sonra birgə çalışmayacağımıza görə heyfsilənirəm. Ancaq onun seçiminə hörmətlə yanaşıram və uğurlar arzulayıram”.


Digər xəbərlər

Xəbər xətti