Karateçilərimiz Qran-Pridən 10 medalla qayıtdı - FOTO

13:26 14 Yanvar 2019

Yeniyetmə və gənclərdən ibarət seçmə komandalarımız Xorvatiyada keçirilən XXVIII Qran-Pri turnirindən yüksək nəticə ilə dönüb. 

 

Sportarena.az xəbər verir ki, Samobor şəhərində uşaqlar, yeniyetmələr, gənclər, böyüklər, eləcə də, fiziki məhdudiyyətli karateçilər arasında keçirilən bu turnirdə kata və kumite millilərimiz on medal qazanıb.Mükafatlardan dördü qızıl, biri gümüş, beşi isə bürüncdür.

 

Roman Heydərov (kata) həm 18-20 yaşlı gənclər, həm də böyüklər arasında yarışların qalibi olub. Kata turnirində digər təmsilçimiz Ceyhun İsmayılov isə 16-17 yaşlı gənclər arasında birinci pilləyə qalxıb. 

 

Kumite yarışlarında Hüseyn Məmmədli (14-15 yaşlı yeniyetmələr, -57 kq) qızıl medal, Murad Hacızadə (18-20 yaşlı gənclər, +84 kq) gümüş, Fidan Dadaşova (14-15 yaşlı yeniyetmələr, -47 kq), 16-18 yaşlı gənclərdən Mədinə Sadıqova (-48 kq) və Tural Yaqubov (-68 kq), 18-20 yaşlı gənclərdən isə Müseyib Məmmədov (-60 kq) və Emil Güləhmədov (-84 kq) bürünc mükafat qazanıb. 

 

Qeyd edək ki, karateçilərimizi 8-10 fevral tarixlərində Danimarkanın Albor şəhərində keçiriləcək Avropa çempionatı gözləyir. Bu məsul yarışa hazırlığın bir hissəsi kimi Xorvatiya Qran-Prisinə qatılan aşağı yaşlı milli komandalar iki gün sonra təlim-məşqləri davam etdirəcək.



Digər xəbərlər

Xəbər xətti