İsrafilov oynadı, komandası heç-heçə etdi

13:50 14 Yanvar 2019

İspaniya Sequndasında 21-ci turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, millimizin üzvü Eddi İsrafilovun formasını geyindiyi “Alkorkon” evdə “Almeriya” ilə 0:0 hesablı heç-heçə edib.

 

İsrafilov start heyətdə meydana çıxıb və sonadək oynayıb. 26 yaşlı yarımmüdafiəçi 81-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.


Digər xəbərlər

Xəbər xətti