Bütün dünyanın tanıdığı şirkət "Neftçi"nin sponsoru olacaq? - SON XƏBƏR

17:00 14 Yanvar 2019

“Neftçi” klubu yeni sponsorlar axtarışındadır.

 

Sportarena.az xəbər verir ki, klub iki şirkətlər danışıqlar aparır və bu proses son mərhələdədir. Bunlardan biri yerli, digəri isə xarici brenddi.”Neftçi” ilə anlaşmağa ən yaxın olan da ikincilərdir. Əgər tərəflər bir-birinin əlini sıxsa, “ağ-qaralar”ın büdcəsi xeyli artacaq.

 

Sportinfo.az-ın məlumatına əsasən, “Neftçi”nin görüşdüyü qarşı tərəf dünyaca məşhur şirkətdir və Avropanın bir neçə nəhəng klubunun formalarında onların brendini görmək mümkündür.

 

Bildirək ki, bir neçə gün öncə “Neftçi” sponsorlarının sırasına “Meqa Sığorta” şirkətini də əlavə edib. Klubla şirkət arasında müqavilə də imzalanıb.


Xəbər xətti