İtaliyalı qapıçı Türkiyə klubunda

17:46 14 Yanvar 2019

Türkiyə Super Liqasında liderlər qrupunda qərarlaşan "Kasımpaşa" heyətini gücləndirib.

 

Sportarena.az xəbər verir ki, İstanbul klubu İtaliyanın "Udineze" klubunun qapıçısı Simone Skuffeti icarəyə götürüb. 22 yaşlı qolkiper mövsümün sonuna kimi Super Liqa təmsilçisində çıxış edəcək.

 

Qeyd edək ki, İtaliyanın aşağı yaş qruplarında çıxış etmiş futbolçu "Udineze"nin yetirməsidir.


Digər xəbərlər

Xəbər xətti