Türkiyədə baş məşqçi və futbolçular hakimi döydü - VİDEO

18:10 14 Yanvar 2019

Türkiyədə həvəskar liqasının "Ayrancılar Genclikspor" - "MESEV Gençlik və Spor" matçında oyununda dava düşüb.

 

Sportarena.az xəbər verir ki, oyun başa çatandan sonra meydan sahiblərinin baş məşqçisi Burak Atasoy, futbolçular və azarkeşlər baş hakim Fatih Tokailə hücum edib. Buna səbəb referinin matçın sonlarında "MESEV Gençlik və Spor"un lehinə cərimə zərbəsi təyin etməsi olub. Bu zərbə qolla nəticələnib.

 

Hakim qaçaraq paltardəyişmə otağına yollanıb. Daha sonra köməkçi hakimlərə də fiziki müdaxilə olduğundan, polis gözyaşardıcı qazdan istifadə edib. Polis hadisənin çox sayda iştirakçısını saxlayıb.

 

Fanatlar həmçinin Dəmirörən Xəbər Agentliyinin (DHA) müxbirinə də hücum ediblər. 

 

 


Xəbər xətti