Azərbaycanlı futzalçıya 1 illik cəza

Sportarena.az      15 Yanvar 2018, 14:21

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

 

Sportarena.az xəbər verir ki, yığıncaqda futzal üzrə Azərbaycan kubokunun 1/32 final mərhələsinin “Standard” – “Star Karqo” matçında baş verənlər də müzakirə olunub.

 

Oyunun 30-cu dəqiqəsində “Standard”ın futzalçsı Samir Həsənov aqressiv davranış, hakimi təhqir, hakimə qarşı fiziki təzyiq göstərdiyinə görə  qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 12 ay müddətinə yarışlardan kənarlaşdırılıb.

 

Görüşün 38-ci dəqiqəsində “Star Karqo”nun futzalçısı Mahmud Novruzov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin