"Yenə çempion olmaq istəyirik" - "Qarabağ"ın kapitanı

15:42 15 Yanvar 2019

Türkiyənin “TRT Spor” kanalı “Qarabağ”ın Antalyadakı toplanışından reportaj hazırlayıb. 

 

Sportarena.az xəbər verir ki, kanal reportaj zamanı komandanın kapitanı Rəşad Sadıqovdan da müsahibə alıb. Sadıqov əvvəlcə Azərbaycan Premyer Liqasından danışıb: “Əsas rəqibimiz bizdən 3 xal öndədir. Fasilədən sonra ilk oyunumuz onlarla olacaq. Yenə çempion olmaq istəyirik, sona qədər mübarizə aparacağıq. Amma necə olacağını Allah bilir”.

 

Daha sonra o, Türkiyə Superliqasında çempion görmək istədiyi komandanın adını açıqlayıb: “Bu mövsüm “Başakşəhər"in çempion olmasını çox istərdim. Çünki bu, Abdullah hocanın (Abdullah Avcı – red.) haqqıdır. Komanda olaraq da buna layiqdirlər. Onların çempion olmasını ürəkdən istəyirəm”.


Digər xəbərlər

Xəbər xətti