Milli komandalarımız yoxlama oyunu keçirdi

11:30 15 Yanvar 2019

Bu gün Bakı Olimpiya Stadionunun ehtiyat meydanında Azərbaycan milli komandaları arasında yoxlama oyunu keçirilib.

 

Sportarena.az xəbər verir ki, Avropa çempionatının elit-raund mərhələsinə hazırlaşan 19 yaşadək yığma və 2001-2002-ci il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan millisi üz-üzə gəlib.

 

Matç Vüqar Məmmədin baş məşqçisi olduğu U-19-un 3:1 hesablı qələbəsi ilə başa çatıb. Qaliblərin heyətində Kamran Quliyev, Musa Qurbanlı və İsmayıl Zülfüqarlı qol sevinci yaşayıb. Samir Əliyevin rəhbərlik etdiyi yığmanın heyətində isə Təbriz İsazadə fərqlənib.


Digər xəbərlər

Xəbər xətti