Dadaşov oynadı, komandası uduzdu

18:33 15 Yanvar 2019

Portuqaliya Sequndasında XVII turun oyunları keçirilir.

 

Sportarena.az xəbər verir ki, 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Renat Dadaşovun çıxış etdiyi "Eştoril" "Famalikao"nun qonağı olub. Oyun meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 2:0. Dadaşov 83-cü dəqiqədə meydana daxil olub.

 

Qeyd edək ki, "Eştoril" 30 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti