"Sabah" heç-heçə etdi - YENİLƏNİB

20:15 16 Yanvar 2019

Antalyada təlim-məşq toplanışını davam etdirən "Sabah" bu gün növbəti yoxlama oyununa çıxıb.

 

Sportarena.az xəbər verir ki, paytaxt klubu Qazaxıstanın "Tobol" klubuyla qüvvəsini sınayıb. "Titanik" otelinin stadionunda keçiriləcək matç Bakı vaxtı ilə 18:00-da başlayıb.

 

"Sabah" Antalyadakı ilk yoxlama oyununda Türkiyənin I Liqa təmsilçisi "Əskişəhərspor"u 1:0 hesabıyla məğlub edib.

 

 

Yoxlama oyunu

16 yanvar

 

18:00. "Sabah" (Azərbaycan) - "Tobol" (Qazaxıstan) 2-2 


Digər xəbərlər

Xəbər xətti