Azərbaycanlı hakim Dünya Çempionatına təyinat aldı

12:18 16 Yanvar 2019

Futzal üzrə FIFA referisi Hikmət Qafarlı təyinat alıb.

 

Sportarena.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, baş hakim dünya çempionatının Avropa üzrə ilkin seçmə mərhələsinin Bolqarıstanda keçiriləcək G qrupunun oyunlarını idarə edəcək. Bu qrupda Bolqarıstan, Hollandiya, Monteneqro və Estoniya milli komandaları mübarizə aparacaq.

 

Qeyd edək ki, matçlar yanvarın 29-dan fevralın 3-dək keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti