“Beşiktaş”ın futbolçusu rəsmən “Fulhem”də

13:11 16 Yanvar 2019

Türkiyənin “Beşiktaş” klubunun hollandiyalı futbolçusu Rayan Babelin İngiltərə “Fulhem”inə transferi rəsmiləşib.

 

Sportarena.az xəbər verir ki, bu barədə hər iki klubun rəsmi saytı məlumat yayıb.32 yaşlı futbolçu yeni klubu ilə mövsümün sonunadək müqavilə imzalayıb.

 

Transferin maddi detalları açıqlanmasa da, Britaniya mətbuatı bu keçidə görə, “Fulhem”in “Beşiktaş”a 2 milyon avro ödədiyini yazıb.2 il əvvəl “Deportivo”dan azad agent kimi transfer edilmiş Babel “Beşiktaş”da 89 oyuna çıxıb, 29 qol vurub, 12 məhsuldar ötürmə müəllifi olub. O, bu müddətdə bir dəfə Türkiyə çempionluğu yaşayıb.

 

İngiltərə Premyer Liqasında elitada qalmaq uğrunda mübarizə aparan “Fulhem” bu mövsümün əvvəlində “Beşiktaş”dan qapıçı Fabrini də transfer etmişdi.


Digər xəbərlər

Xəbər xətti