Azərbaycan güləşçisi Hindistan Liqasına qələbə ilə başladı - VİDEO

16:00 16 Yanvar 2019

Sərbəst güləş üzrə üçqat dünya, ikiqat Avropa çempionumuz, İslamiadanın qalibi, Olimpiadanın mükafatçısı Hacı Əliyev Hindistan Pro Liqasında ilk görüşünü keçirib.

 

Sportarena.az xəbər verir ki, 27 yaşlı idmançımız (-65 kq) “MP Yodha” komandasının kapitanı kimi ötən il çıxış etdiyi “Dehli Sultanları”nın güləşçisi Andrey Kvyatkovski ilə qarşılaşıb. Güləşçimiz ukraynalı rəqibinə 9:2 hesabı ilə qalib gəlib. 

 

Bu komandada çıxış edən qadınlardan ibarət millimizin bolqarıstanlı üzvü Elise Manolova isə döşək üzərinə çıxa bilməyib. Buna səbəb reqlamentə uyğun olaraq rəqib komandanın kapitanı tərəfindən blok edilməsidir. Ümumilikdə isə güləşçilərimizin komandası 4:3 hesabı ilə qalib gələrək ilk xalını qazanıb.

 

Qeyd edək ki, “MP Yodha” sabah ötənilki çempion “Mumbay Maharathi”yə qarşı çıxış edəcək. Hər iki komandanın ilk turdan sonra aktivində iki xalı var. (oxu.az)

 

 


Digər xəbərlər

Xəbər xətti