Sabiq "Xəzər Lənkəran"lı: "Azərbaycanda idmana böyük sərmayə qoyulur"

12:29 18 Yanvar 2019

 "Azərbaycanda son 7 ildə 7 yeni stadion tikilib. Onlar "Formula 1" üzrə Azərbaycan Qran Prisi təşkil edirlər. Bu, inkişafda olan ölkədi, kifayət qədər pulu var". 

 

Sportarena.az xəbər verir ki, bu sözləri "Xəzər Lənkəran" klubunun sabiq futbolçusu Adrian Pit deyib.

 

"Match Program"a danışan rumın futbolçu Azərbaycan futbolunun inkişaf etdiyini bildirib: "Son illər Azərbaycanda futbolun səviyyəsi bir çox anlamda əhəmiyyətli dərəcədə yüksəlib. Çünki orada idmana böyük sərmayə qoyulur. Təsadüfi deyil ki, Azərbaycan komandaları Çempionlar Liqası və Avropa Liqasının qrup mərhələsində oynayırlar. Məsələn, "Qarabağ" 2017-ci ildə "Roma" ilə Çempionlar Liqasının oyununda üz-üzə gəldi. Bu komanda eyni baş məşqçinin rəhbərliyi altında 10 ildən çoxdu çıxış edir və tez-tez çempion olur. Azərbaycan reallıqlarından həqiqətən də təsirləndim".

 

Qeyd edək ki, Adrian Pit 2011-2014-cü illərdə "Xəzər Lənkəran"da çıxış edib. 2007-2010-cu illərdə "Roma"ya məxsus olsa da, İtaliya klubunda möhkəmlənə bilməyən 35 yaşlı yarımmüdafiəçi hazırda Rumıniyanın "Krişul" klubunda oynayır.


Xəbər xətti