"Barselona"ya ŞOK: Turnirdən uzaqlaşdırılır

15:41 18 Yanvar 2019

“Barselona” İspaniya Kral kubokundan kənarlaşdırıla bilər.

 

Sportarena.az xəbər verir ki, bu barədə ölkənin “Marca” nəşri informasiya yayıb.Xəbərə görə, Kataloniya təmsilçisi turnirin 1/8 final mərhələsi çərçivəsində “Levante” ilə keçirilən ilk oyunda reqlamenti pozub. Belə ki, “Barsa” sarı vərəqə limitini dolduran Xuan Brandaris Movilyanı meydana buraxıb. Bu da komandanı turnirdən uzaqlaşmaq təhlükəsi ilə üz-üzə qoyub.

 

İspaniya Kral Futbol Federasiyası da faktı təsdiqləyib. Lakin klub bununla razılaşmayıb. Federasiyaya bildirilib ki, məsələ ilə bağlı oyun başa çatdıqdan sonra 48 saat ərzində rəsmi şikayət ərizəsi verilməlidir.

 

Qeyd edək ki, ötən gün keçirilmiş cavab qarşılaşmasında 3:0 hesabı ilə qələbə qazanan “Barselona” 1/4 finala vəsiqə qazanıb.


Digər xəbərlər

Xəbər xətti