Daha iki məşqçimiz Pro kateqoriyası aldı

17:55 18 Yanvar 2019

Daha iki azərbaycanlı məşqçi Pro kateqoriyası alıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə məlumat Belarus Futbol Federasiyası yayıb. Məlumata görə, "Səbail"in baş məşqçisi Aftandil Hacıyev və "Sumqayıt"ın çalışdırıcısı Ayxan Abbasov Pro kateqoriyasına sabib olub. 

 

Hazırda komandalarının başında Antalyada təlim-məşq toplanışında olan "Səbail” və "Sumqayıt”ın baş məşqçiləri sertifikat almaq üçün Belarusa yollana bilməsələr də, adları müvəffəqiyyətlə imtahan vermiş mütəxəssislər sırasında yer alıb.


Xəbər xətti