"Qarabağ"ın ikinci oyununun vaxtı açıqlandı

18:14 18 Yanvar 2019

"Qarabağ" sabah Antalyada Çexiyanın "Bohemians" klubuyla yoxlama oyunu keçirəcək.

 

Sportarena.az klubun "facebook" səhifəsinə istinadən xəbər verir ki, matçın başlanma vaxtı açıqlanıb. Görüş Bakı vaxtıyla 18:00-da keçiriləcək.Qarşılaşma "Gloria Sports Arena"da baş tutacaq. 

 

Qeyd edək ki, "Qarabağ" ilk yoxlama oyununda Macarıstan "Uypeşt"inə 0:1 hesabı ilə uduzub.


Digər xəbərlər

Xəbər xətti