"Neftçi" qələbə qazandı - CANLI YAYIM + YENİLƏNİB

19:27 18 Yanvar 2019

Antalyada təlim-məşq toplanışında olan "Neftçi" bu gün ilk yoxlama oyununa çıxıb.

 

Sportarena.az xəbər verir ki, "ağ-qaralar" Rumıniyanın "Qaz Metan" klubu ilə qarşılaşıb. Görüş Bakı vaxtı ilə 17:30-da başlayıb.

 

Qeyd edək ki, "Neftçi" toplanış çərçivəsində "İstiqlal" (İran - 20 yanvar), "Slovan” (Çexiya - 23 yanvar) və "Beroe" (Bolqarıstan - 26 yanvar)  klubları ilə üz-üzə gələcək.

 

Yoxlama oyunu

18 yanvar

 

17:30. "Neftçi" - "Qaz Metan" (Rumıniya) - 3:0 

Qol: Rəhman Hacıyev, 11, Əli Şirinov,70,84

 

“Neftçi”: 1.Səlahət Ağayev, 5.Anton Krivotsyuk, 7.Namik Ələskərov, 10.Dario Frederiko, 17.Rəhman Hacıyev, 18.Tural Axundov, 19.Jesse Sekidika, 22.Mirabdulla Abbasov, 25.Kirilo Petrov (K), 36.Mamadu Kane, 77.Elvin Sərkərov.

 

Ehtiyat oyunçular: 12.Kamran İbrahimov, 30. Aqil Məmmədov, 3.Mamadu Mbodj, 6.Qoran Paratski, 9.Baqali Dabo, 20.Elnur Süleymanov, 21.Məhəmməd Mirzəbəyov, 26.Ömər Buludov, 32.Mirkamil Əliyev, 70.Əli Şirinov, 95.Rəhman Daşdəmirov.

 

 


Xəbər xətti