Azərbaycanlı futbolçu Litva klubundan ayrıldı: "Mənim üçün yaxşı təcrübə oldu" - VİDEO

21:00 18 Yanvar 2019

Litvanın "Yonava" klubunda çıxış edən Tural Rzayev Azərbaycana qayıdıb.

 

Sportarena.az "ARB Kəpəz TV"yə istinadən xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçinin çıxış etdiyi klub çempionatı son pillədə başa vurub və elita ilə vidalaşıb. Kanala açıqlama verən "Kəpəz"in sabiq futbolçu Litvada oynamaqla yaxşı təcrübə qazandığını bildirib. Hazırda azad agent statusu daşıyan Turalın bir neçə variantı var. O, Azərbaycanda ilk növbədə "Kəpəz"də oynayacağını bildirib. Hətta Gəncə klubu sabiq futbolçusuna təklif də yollayıb.

 

2015-2018-ci illlərdə "Kəpəz"də oynayan Tural kayerası ərzində "Ağsu" və "Zirə" kimi komandalarda da forma geyinib.

 

 


Digər xəbərlər

Xəbər xətti