UEFA Avropanın ən varlı klubunu açıqladı

21:12 18 Yanvar 2019

UEFA Avropa klublarının gəlirləti ilə bağlı hesabat açıqlayıb.

 

Sportarena.az xəbər verir ki, hesabatda qitənin 710 yüksək səviyyəli futbol klubunun 2017-ci ildə 20,11 milyard avro gəlir əldə etdiyi vurğulanıb. Ümumi gəlir bir il əvvəllə müqayisədə 1,6 milyar avrodan çox artıb. İlk 30 klubun qazancı isə 7 faiz artaraq 9.7 milyard avroya çatıb.

 

"Mançester Yunayted" ilk sırada qərarlaşıb. 2016-cı ilə nisbətən gəliri 13 milyon avro azalan Mançester klubu 676 milyon avro qazanıb.

 

İlinci pillədə qərarlaşan "Real"ın gəliti 675 milyon avro olub. Növbəti sıralarda isə gəlirləri 400 milyondan çox olan "Barselona" (İspaniya), "Bavariya" (Almaniya), "Mançesater Siti" (İngiltərə), PSJ (Fransa), "Arsenal", "Liverpul", "Çelsi" (hamısı İngiltərə) və "Yuventus" (İtaliya) yer alıb. 

 

İngiltərə Premyer Liqası klublarının 5.3 milyard avroluq qazancı toplam gəlirin 1/4-ni təşkil edi. İspaniya La Liqasının klubları 2.9 milyard avro, Almaniya Bundesliqasının komandaları 2.8 milyon avro, İtaliya A Seriyasının təmsilçiləri 2.2 milyard avro, Fransa çempionatının klubları isə 1.6 milyon avro gəlir əldə ediblər. 


Digər xəbərlər

Xəbər xətti