"Sabah"ın növbəti oyununun vaxtı müəyyənləşdi

21:25 18 Yanvar 2019

Antalyada təlim-məşq toplanışını davam etdirən “Sabah”ın hazırlıq çərçivəsində keçirəcəyi növbəti oyunun vaxtı dəqiqləşib.

 

Sportarena.az klubun "facebook" səhifəsinə istinadən xəbər verir ki, Macarıstanın “MTK Budapeşt” klubuyla görüşü sabah yerli vaxtla 15:00-da (Bakı vaxtı ilə 16:00) “Titanik” otelinin stadionunda baş tutacaq.

 

Xatırladaq ki, “Sabah” Antalya toplanışında daha öncə Türkiyənin “Eskişehirspor” klubunu 1:0 hesabıyla məğlub edib, Qazaxıstan “Tobol”uyla isə 2:2 hesablı heç-heçə etmişdi. 


Digər xəbərlər

Xəbər xətti