"Qarabağ"ın üçüncü oyununun vaxtı bəlli oldu

12:24 21 Yanvar 2019

Türkiyədə təlim-məşq toplanışında olan "Qarabağ”ın üçüncü yoxlama oyununun vaxtı açıqlanıb.

 

Sportarena.az klubun rəsmi "Facebook" səhifəsinə istinadən yaydığı xəbərə görə, yanvarın 23-ü  Polşanın "Pyast" klubuna qarşı keçiriləcək görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

 

Qeyd edək ki, "Qarabağ" ilk yoxlama oyununda Macarıstan "Uypeşt"inə 0:1 hesabı ilə uduzub. Ağdam təmsilçisi ikinci matçında Çexiyanın "Bohemians" klubuna 3:1 hesabı ilə qalib gəlib.


Digər xəbərlər

Xəbər xətti