"Qarabağ"ın qapıçısı Azərbaycanı TƏRK EDİR

13:19 21 Yanvar 2019

"Qarabağ"ın qapıçısı Yannes Halldorsson Azərbaycanı tərk edir.

 

Sportarena.az xəbər verir ki, təcrübəli qapıçı karyerasını vətəni İslandiyada davam etdirəcək.

 

“Futbolti.net” nəşrinin məlumatına görə, 34 yaşlı qolkiper son İslandiya çempionu "Valur"la danışıqlar aparır. Halldorssonun klubla anlaşmaq üzrə olduğu bildirilir. Qolkiperin İslandiyanın "Reykyavik" klubundan da təklif aldığı, amma "Valur"un şərtlərinin daha yaxşı olduğu deyilir.

 

Halldorssonun meneceri Olafur Qarrdarsson Yannesin xəbəri təsdiq edib: "Ona İsveç, Norveç və digər ölkələrdən də təkliflər var. Həmçinin "Qarabağ"la hələ 18 aylıq müqaviləsi davam edir. Yannes bir müddətdir ki, "Valur"la müzakirələrdədir. Məsələ yaxın günlərdə öz həllini tapacaq".

 

Qeyd edək ki, Halldorsson bu mövsümün əvvəlində Danimarkanın "Randers" klubundan "Qarabağ"a keçib.

 

O, 2018 Futbol üzrə Dünya Çempionatında Argentina millisinin ulduzu Lionel Messinin penalti zərbəsini dəf etdikdən sonra diqqətləri üzərinə toplamışdı.


Digər xəbərlər

Xəbər xətti