Boliviyada futbolçuların olduğu avtobus uçuruma aşıb: 13 ölü

15:39 21 Yanvar 2019

Boliviyanın cənubunda avtobus 100 metr hündürlükdən uçuruma aşıb, 13 nəfər ölüb, daha 26 nəfər isə yaralanıb.

 

Sportarena.az xəbər verir ki, bu haqda yerli “Pagina Siete” nəşri məlumat verib.Hadisə bazar günü Tarixa və Potosi şəhərlərini birləşdirən avtomagistralda baş verib. İlkin məlumatlara əsasən, avtobusun uçuruma düşməsinə səbəb əyləc sisteminin işləməməsi ola bilər.


Digər xəbərlər

Xəbər xətti