Qurban Qurbanov reytinqdə gerilədi

17:30 21 Yanvar 2019

Məşqçilərin dünya reytinqi açıqlanıb.

 

Sportarena.az xəbər verir ki, hər həftə dərc edilən siyahıda Azərbaycan bir mütəxəssislə təmsil olunub.“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov cədvəldə 496-cı pillədədi. 47 yaşlı mütəxəssisin hesabında 1073 xal var.

 

Qurbanov son bir həftədə 1 pillə geriləyib. O, ötən həftə siyahının 495-cisi idi.

 

Qeyd edək ki, siyahıya “Barselona”nın baş məşqçisi Ernesto Valverde başçılıq edir. Onun hesabında 15001 xal var.


Digər xəbərlər

Xəbər xətti