“Neftçi”nin futbolçusu AXTARIŞA VERİLDİ

12:09 23 Yanvar 2019

"Neftçi”nin futbolçusu ölkəsində axtarışa verilib.

 

Sportarena.az xəbər verir ki, Anton Krivotsyuk əsgərlik probleminə görə vətəninə gedə bilmir.20 yaşlı futbolçunun Ukraynada qeydiyatda olduğu ünvana bir neçə dəfə çağırış məktubu göndərilsə də, müdafiəçi hərbi komissarlığa yollanmağa ehtiyac duymayıb.

 

Azərbaycanın U-21 yığmasında da oynayan "milliləşdirilmiş” legionerin aqibətinin necə olacağı bilinmir. Bəlli olan budur ki, Ukrayna və Rusiya arasında yaşanan son gərginliyin ardından idmançıların müxtəlif yollarla hərbi qulluqdan yayınmasına nəzarət gücləndirilib. (fanat.az)


Digər xəbərlər

Xəbər xətti