Bakının daha bir rayonunun öz komandası olacaq - FOTOFAKT

15:43 23 Yanvar 2019

Futzal üzrə Azərbaycan çempionatında çıxış edən daha bir komanda adını dəyişib.

 

Sportarena.az Azərbaycan Futzal Federasiyasının saytına istinadən xəbər verir ki, Birinci Liqada çıxış edən “Şərq” ikinci dövrədən yeni adla çıxış edəcək.

 

Paytaxt təmsilçisi bundan sonra etibarən yeni ad altında çıxış edəcək. Belə ki, komanda ikinci dövrədən “Sabunçu” MFK adlanacaq.

 

Klub rəhbərliyi bununla bağlı Azərbaycan Futzal Federasiyasına müraciət edib. Artıq komandanın adının dəyişdirilməsi ilə bağlı AFFA-nın qeydiyyat şöbəsinə də müraciət olunub.



Xəbər xətti