“Xəzər Lənkəran”ın sabiq baş məşqçisinə Türkiyədə vəzifə verildi

16:05 23 Yanvar 2019

"Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Oğuz Çətinə Türkiyə Futbol Federasiyasında vəzifə verilib.

 

Sportarena.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb. 56 yaşlı mütəxəssis aşağı yaş qrupları üzrə milli komandaların koordinatoru təyin edilib.

 

Qeyd edək ki, 2013-cü ildə "Xəzər Lənkəran"da baş baş məşqçi Mustafa Dənizlinin köməkçisi olub. 2014-cü ildə isə komandanın baş məşqçisi təyin edilib.


Digər xəbərlər

Xəbər xətti