"Neftçi"dən yeni transfer - FOTO

17:09 23 Yanvar 2019

"Neftçi" heyətinə yeni futbolçu cəlb edib.

 

Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, yunanıstanlı futbolçu Vanqelis Platellas ilə 1,5 illik müqavilə bağlanıb. 30 yaşlı yarımmüdafiəçi yeni komandasında 11 nömrəli formanı geyinəcək.

 

Qeyd edək ki, sonuncu klubu OFİ (2018) olan Platellas Yunanıstanın "Kaliteya” (2005-2011), "Ksanti” (2011-2013), AEK (2013-2016), "Atromitos” (2016-2017), "Aris” (2017-2018) komandalarında da çıxış edib.



Digər xəbərlər

Xəbər xətti