Emil Balayev Premyer Liqa klubu ilə anlaşdı

16:45 24 Yanvar 2019

Azərbaycan milli komandasının və “Səbail” klubunun qapıçısı Emil Balayev yenidən legioner həyatı yaşayacaq.

 

Sportarena.az futbol11.az-a istinadən xəbər verir ki, bir müddət Almaniyada oynayan 24 yaşlı əlcək sahibi indi Qazaxıstan Premyer Liqasında çıxış edəcək. Emil "Tobol"la danışıqları müsbət tamamlayıb. Futbolçu sabah "Səbail"in Antalya toplanışını tərk edəcək və Bakıya qayıdacaq. O, paytaxtda 3 gün qaldıqdan sonra yenidən Türkiyəyə dönəcək və "Tobol"un hazırlığına qatılacaq.

 

Millimizin üzvü Premyer Liqa təmsilçisi ilə iki illik müqavilə bağlayıb.

 

Qeyd edək ki, Emil Balayev "Neftçi"nin yetirməsidir. O, 2015-ci ildə Almaniyanın "Ayntraxt" klubuna transfer olsa da, rəsmi debüt edə bilməmişdi. Balayev "Səbail"ə 2017-ci ildə "Qarabağ"dan keçmişdi.


Xəbər xətti