"Qarabağ" Antalyada sonuncu məşqinə çıxdı - Reynaldo fərdi MƏŞQ ETDİ

00:28 26 Yanvar 2019

"Qarabağ" Antalyada baş tutan qış təlim-məşq toplanışında sonuncu məşqinə çıxıb.

 

Sportarena.az klubun saytına istinadən xəbər verir ki, son hazırlığı axşam saatlarında meydançada baş tutub. Futbolçular isinmə hərəkətlərinin ardından taktiki çalışmaları yerinə yetirib. Məşq iki tərəfli oyunla yekunlaşıb. 

 

Mikrozədələri olan iki futbolçu: Miçel və Abdullah Zubir komandaya qoşulub. Digər zədəli futbolçu: Reynaldo Silva isə fizioterapevt nəzarəti altında fərdi məşqlə kifayətlənib.

 

Ağdam klubu bu gün yerli vaxtla 12:00-da Ukraynanın "Şaxtyor" klubuyla yoxlama matçı keçirəcək. Qarşılaşma "CBC Sport" telekanalı vasitəsiylə canlı yayımlanacaq.


Digər xəbərlər

Xəbər xətti