"Neftçi"yə fayda vermək üçün əlimdən gələni edirəm" - Baqali Dabo

14:14 26 Yanvar 2019

"Toplanış normal keçdi. Çox yaxşı hazırlaşdıq”. 

 

Sportarena.az xəbər verir ki, bunu "Neftçi”nin futbolçusu Baqali Dabo klubun saytına açıqlamasında deyib.

 

Fransalı hücumçu komandasının Antalya toplanışı barədə fikirlərini açıqlayıb: "Bu gün son yoxlama oyunumuza çıxacağıq. İnanıram ki, çempionatın ikinci hissəsinin startınadək tam hazır olacam. Məşqçi hansı mövqeyə təyin etsə – istər cinahlarda, istər də hücumda oynamağa hazıram. Önəmli olan meydana çıxmağımdır. Meydanda olanda komandaya fayda vermək üçün əlimdən gələni edirəm”.


Digər xəbərlər

Xəbər xətti