"Qarabağ"ın sabiq futbolçusu GERİ DÖNÜR

16:25 26 Yanvar 2019

"Astana"da xoşbəxt olmayan Pedro Enrike PAOK-a dönmək üçün günlərini sayır.

 

Sportarena.az xəbər verir ki, müqavilə ilə Yunanıstan klubuna məxsus olan 28 yaşlı futbolçu komandasına qayıdacaq. Braziliyalı vingerin "Astana" ilə müqaviləsinin baş çatmasına altı ay qalıb, lakin klublar arasında danışıqlardan sonra anlaşma pozulacaq. Bu işin növbəti həftəyə həll olunacağı gözlənilir. 

 

Qeyd edək ki, Pedro Enrike ötən mövsümü icarə əsasında "Qarabağ"da keçirmişdi. PAOK ötən yay Pedronu "Astana"ya bir illik icarəyə vermişdi. Futbolçunun adı bir müddət əvvəl "Qarabağ"la hallanırdı.


Digər xəbərlər

Xəbər xətti