"Şaxtyor"un baş məşqçisi "Qarabağ"la oyundan danışdı: "Bilirdik ki, qarşılaşma çətin olacaq"

17:28 26 Yanvar 2019

Ukraynanın "Şaxtyor " klubunun baş məşqçisi Paulu Fonseka Antalya toplanışında "Qarabağ"a qalib gəldikləri (3:1) yoxlama matçı barədə danışıb.

 

Sportarena.az klubun saytına istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis "Qarabağ"ı güclü komanda adlandırıb:

 

"Yaxşı oyun nümayiş etdirdik. Xüsusilə də ilk hissəni qeyd edərdim. Bütün istəklərimiz baş tutdu. Yaxşı təşkilatlanmış komandaya qarşı oynadıq. Rəqibimizin "Vorskla" və "Sportinq"ə qarşı bir neçə oyununu izləmək vaxtı tapmışdım. Komandam bilirdi ki, qarşılaşma çətin olacaq. Çünki "Qarabağ" möhkəm və avrokuboklar iştirakçısıdır. Təəssüf ki, bu ərəfələrdə hava şəraiti yaxşı deyil, lakin oyundan məmnun qaldım".


Xəbər xətti