Millimiz Norveç klubu ilə heç-heçə etdi

20:03 27 Yanvar 2019

Antalyada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoxlama oyunu keçirib.

 

Sportarena.az xəbər verir ki, Norveçin “Tromse” klubunun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşma 2:2 hesabı ilə başa çatıb. Komandamızın heyətində Tural Bayramov və Sərhad Daşdəmir fərqlənib.

 
Qeyd edək ki, millimizin bundan əvvəl Rusiyanın "Krasnodar-3" və Küveytin U-19 yığması ilə sınaq matçlarında da qalib müəyyənləşməyib - 1:1.


Xəbər xətti