Həbibi məğlub edən yeganə azərbaycanlı nədən öldü? - FOTOLAR + AÇIQLAMA

11:30 28 Yanvar 2019

Xəbər verdiyimiz kimi, qaydasız döyüş üzrə dünya çempionu Xamis Məmmədov dünyasını dəyişib.

 

Sportarena.az xəbər verir ki, idmançının qripdən öldüyü deyilir. Lakin Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova bunu təkzib edib. O, “Qafqazinfo”ya açıqlamasında idmançının koronar damarların tromboemboliyasından dünyasını dəyişdiyini bildirib: “Xamis Məmmədov yanvarın 24-də kəskin qızdırma ilə xəstəxanaya yerləşdirilib. Onun ölümünün qripdən olduğu deyilsə də, əslində idmançı tromboemboliyadan vəfat edib. Sadəcə bu gün tam açıqlama verə bilmirik. Səbəb isə odur ki, ailəsi onun meyitinin ekspertizaya aparılmasına icazə vermədi”.

 

Məsələ ilə bağlı MMA, Qraplinq və Pankration Federasiyasının prezidenti Azad Əsgərov də danışıb. Federasiya rəhbəri “Qafqazinfo”ya bunları deyib: “Tam nəsə deyə bilmərəm. Əsl səbəbi yəqin ki, ailəsi bilir. Amma həkimlər qripdən öldüyünü açıqladı. Daha doğrusu, soyuqdəymə olub. Ciyərlərində də problem var idi. Böyük ehtimalla nəfəsalmada problem yaşadığı üçün vəfat edib. Yenə də deyirəm ki, əsl səbəbi ailəsi bilər”. 

 

Xatırladaq ki, Xamis Məmmədov dünyaca məşhur döyüşçü Həbib Nurməhəmmədovu məğlub edən yeganə azərbaycanlı idi. 



Digər xəbərlər

Xəbər xətti