"Qarabağ"ın sabiq futbolçusu PAOK-a geri döndü

18:10 28 Yanvar 2019

"Astana" ilə icarə müqaviləsini pozan "Qarabağ"ın sabiq futbolçusu Pedro Enrike PAOK-a qayıdıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə Saloniki klubunun saytı məlumat yayıb. 28 yaşlı vingerin PAOK-la müqaviləsi 2020-ci ilin yayına qədərdir.

 

Qeyd edək ki, Pedro Enrike ötən mövsümü icarə əsasında "Qarabağ"da keçirmişdi. PAOK ötən yay Pedronu "Astana"ya bir illik icarəyə vermişdi.


Digər xəbərlər

Xəbər xətti