Asiya Kubokunun ilk finalçısı məlum oldu - VİDEO

01:01 29 Yanvar 2019

Futbol üzrə Asiya kubokunda ilk finalçı müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, ilk yarımfinal qarşılaşmasında İran və Yaponiya milliləri üz-üzə gəlib. Matç Yaponiyanın 3:0 hesablı qələbəsi ilə başa çatıb. 

 

Bildirək ki, digər yarımfinal görüşündə Qətər və Birləşmiş Ərəb Əmirlikləri milliləri mübarizə aparacaq. Qarşılaşma yanvarın 29-da keçiriləcək. Final oyunu isə fevralın 1-də baş tutacaq.

 

 


Digər xəbərlər

Xəbər xətti