“Fənərbaxça”nın futbolçusu İspaniya klubunda - RƏSMİ

13:00 29 Yanvar 2019

Türkiyənin “Fənərbaxça” klubunun futbolçusu Dieqo Reyes mövsümün qalan hissəsini İspaniyada davam etdirəcək.

 

Sportarena.az xəbər verir ki, İstanbul təmsilçisi meksikalı müdafiəçini “Leqanes”ə icarəyə verib. Bu barədə “Fənərbaxça”nın mətbuat xidməti məlumat yayıb.Reyes bu mövsümün sonuna qədər icarə əsasında La Liqa təmsilçisində çıxış edəcək.

 

Qeyd edək ki, Reyesin İstanbul klubu ilə 3 illik müqaviləsi var.


Digər xəbərlər

Xəbər xətti