Mirça Rednikin "Xəzər-Lənkəran"a gətirdiyi futbolçular ondan narazı idi" - AÇIQLAMA

13:45 29 Yanvar 2019

Millimizin qapıçısı Kamran Ağayev "Xəzər" TV-də yayımlanan "Futbol saatı" verilişində kifayət qədər maraqlı məqamlara toxunub.

 

Sportarena.az xəbər verir ki, Ağayev "Xəzər Lənkəran"da oynadığı dönəmləri də xatırlayıb və "Neftçi"yə 0:5-lik məğlubiyyətə görə onu qınayanlara illər sonra yenidən cavab verib. 

 

Xüsusilə komandanın sabiq rumıniyalı baş məşqçisi Mirça Rednikin onu zədəsini bəhanə edərək bilərəkdən oyuna çıxmaması ittihamını cavablanırıb: "Xəzər Lənkəran"da 7 il futbol oynamışam. O klub, o azarkeşlər bu gün də mənə doğmadır. İndi də gedib Lənkəranda hansı qapını döysəm, məni çox doğma qəbul edərlər. 1-2 nəfər pula satılan insanın nə düşündüyü mənim üçün önəmli deyil. O ki qaldı Rednikin ittihamlarına, necə oldu, mən dişimlə, dırnağımla qazonu eşib kubok qazananda, həmin kuboku gətirib öz əlimlə ona verəndə yaxşı adam idim, sonradan pis oldum? Yaxşı, deyək mən pis idim. Məndən sonra az qala 5 qapıçı gətirdi, heç biri ilə də yola getmədi. Nə oldu, onlarla niyə yola getmədi? "Makkabi" gəldi 8 dənə vurdu hansı ki, onda Kamran komandada yox idi. Niyə 8 top buraxdı? Hansı klubda bir məşqçi 6 aya 38 futbolçu gətirir? Bunun arxasında nə durur, məndən yaxşı bilirsiniz. Əgər məşqçi gətirdiyi futbolçuya deyirsə ki, anaq mənimlə işləyib maaşından ancaq mənə faiz verəcəksən... Ayıbdı da adam hər şeyi açıb deyə bilmir. Rednikin öz gətirdiyi futbolçular da ondan narazı idi. İstər Adrina Pit olsun, istər Mureşan. Hətta bir dəfə bu iki futbolçu və onlardan başqa Rahid Əmirquliyev, Zaur Ramazanov rəhbərliyin otağına gedib açıq şəkildə demişdilər ki, biz bu məşqçi ilə işləmək istəmirik".


Xəbər xətti