"Zirə" "Atletiko"nun sabiq üzvünü baxışa çağırdı

11:10 30 Yanvar 2019

"Zirə" baxışa yeni futbolçu dəvət edib.

 

Sportarena.az klubun rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, paytaxt təmsilçisi malavili hücumçu Robin Nqalandeni sınaqdan keçirir. 26 yaşlı oyunçu komandanın yeni transferləri Mfo Kqasvane, Xulio Sezar Rodriqes və İsmail Fofana ilə birlikdə Biləcəri Futbol Mərkəzində keçirilən məşqdə də iştirak edib.


Digər xəbərlər

Xəbər xətti