İtaliyada baş məşqçi həmkarına kəllə atdı - 5 aylıq cəza aldı + VİDEO

11:25 30 Yanvar 2019

İtaliyanın “Lukkeze” klubunun baş məşqçisi Cankarlo Favarin “Allesandriya” komandasının baş məşqçisinin köməkçisi Qaetano Mançinoya oyun zamanı kəllə vurub.

 

Sportarena.az xəbər verir ki, rəqibin oturacağına yaxınlaşan Favarin onunla mübahisə etdikdən sonra başı ilə Mançinonun üzünə zərbə endirir.Bu hərəkətinə görə baş məşqçi 5 ay komandanın oyunlarından kənarlaşdırılıb. Favarin qarşı tərəfin onu təhqir etdiyinə görə kəllə atdığını bildirib.

 

 


Digər xəbərlər

Xəbər xətti