Həbibdən qərara etiraz - “Əbədi siyasət”

13:20 30 Yanvar 2019

Xəbər verdiyimiz kimi, rusiyalı UFC döyüşçüsü Həbib Nurməhəmmədov irlandiyalı Konor Makqreqorla döyüşdən sonra etdiyi hərəkətlərə görə 9 ay diskvalifikasiya edilib.

 

Sportarena.az xəbər verir ki, o, həmçinin 500 min dollar cərimə olunub. 

 

Bəs, Həbibin cəzası nə zaman bitəcək? Tərəflər arasında görüş oktyabr ayında  baş tutub. Məhz Nurməhəmmədovun cəzası da həmin vaxtdan hesablanacaq. Artıq qarşılaşmanın üzərindən 3 ay keçdiyini nəzərə alsaq, rusiyalı döyüşçü daha 6 ay rinqdən uzaq olacaq. 

 

O, qazandığı pulların 500 min dollarını da cərimə kimi ödəyəcək. Rəqibi Konor Maqreqor isə 50 min dollar cərimələnib. Nurməhəmmədov isə Nevada ştatının Atletika Komissiyasının bu qərarına etiraz edib. 

 

O, Tvitter hesabında bu qərara qarşılıq olaraq “əbədi siyasət” deyə paylaşım edib. Nurməhəmmədovun kəməri isə əlindən alınmayacaq. 



Digər xəbərlər

Xəbər xətti