“Qarabağ” Çempionlar Liqası səviyyəsində komandadır” - "Şaxtyor"un müdafiəçisi

17:04 30 Yanvar 2019

“Qarabağ” “Hayduk”dan zəif deyil. Azərbaycan təmsilçisi güclü komandadır. Onlar Çempionlar Liqası, Avropa Liqası səviyyəsindədir”.

 

Sportarena.az xəbər verir ki, bu sözləri Donetsk “Şaxtyor”unun müdafiəçisi Sergey Krivçov deyib. Futbolçu “Qarabağ”la yoldaşlıq oyununa da toxunub: “Bütün oyunları yaxşı keçirdik. Yəni ciddi səviyyədə hazırlaşmışdıq. “Qarabağ”la qarşılaşmada isə daha inamlı idik”. 

 

Qeyd edək ki, “Şaxtyor” “Qarabağ”a 3:1 hesabı ilə qalib gəlib.


Digər xəbərlər

Xəbər xətti